Məşhur aktyor 4 il sonra ekranlara geri dönür

18 Fevral 2021 10:15

Türkiyəli aktyor Mehmet Ali Alabora uzun müddətdən sonra efirə qayıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Böyük Britaniyada yayımlanan "Fflam" adlı serialda baş rolu canlandıracaq.

Alabora ekran işində Türkiyədən siyasi səbəblərə görə ayrılmağa məcbur olan "Deniz" adlı bir obraza həyat verəcək. Aktyor serialda türk dilində də danışacaq.

Qeyd edək ki, aktyor sonuncu dəfə 2017-ci ildə "Keeping Faith" serialında rol alıb.

Milli.Az