Yuşşenko Timoşenko ilə birləşməyəcək

27 Aprel 2010 15:47
Ukrayna mətbuatının yazdığına görə, Yuşşenko bunu Ali Radadan çıxan zaman jurnalistlərə verdiyi açıqlamada bəyan edib.

Xatırladaq ki, bu gün yerli mətbuat onların arasında görüş keçirildiyini yazıb. Yuşşenko isə bunun heç də onun Timoşenko ilə yenidən birləşmək haqda düşünməsi anlamına gəlməli olmadığını bəyan edib. "Mənə deyə bilərsinizmi, Timoşenko ilə birləşmək nə deməkdir? Mən Timoşenko ilə 2 dəfə birləşmişəm və hər dəfə nəticə eyni olub: patriot və demokratik qüvvələr parçalanıb", - deyə Yuşşenko qeyd edib.

Milli.Az