Boaşın yerinə onu gətirdilər

17 Fevral 2021 21:00

Fransa Liqa 1 təmsilçisi "Marsel"in yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Komandanı bundan sonra Xorxe Sampaoli çalışdıracaq. Onunla 2023-cü ilə qədər müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, 60 yaşlı argentinalı mütəxəssis bu vəzifədədə portuqaliyalı Andre Vilas Boaşı əvəzləyəcək.

Xatırladaq ki, X.Sampaoli 2017-18-ci illərdə Argentina millisini çalışdırıb.

Milli.Az