Mbappeni Ronaldo və Messi ilə müqayisə etdi

17 Fevral 2021 15:49

"Barselona"nın futbolçusu Antuan Qrizmann PSJ-yə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra rəqib hücumçu Killian Mbappe barədə xoş sözlər söyləyib.

Mbappe dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin səfərdə keçirilən ilk matçında het-trik edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Qrizmanm matçdan sonra həmyerlisinin oyunda göstərdiyi performansın Ronaldo və Messi səviyyədə olduğunu bildirib:

"Hamımız Mbappenin qollarının dadını çıxartmalıyıq. Ronaldo və Messi səviyyəsində bir futbolçu var. Cavab oyununa gəlincə, təbii ki, Parisə gəzməyə deyil, qələbə qazanmaq üçün gedəcəyik".

Milli.Az