Gəncədə evdə partlayış olub, xəsarət alan var

17 Fevral 2021 13:05

Gəncədə yaşayış evində partlayış olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün şəhər ərazisindəki yaşayış evlərindən birində qeydə alınıb.

Evdə baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Nəticədə bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az