Yunanıstan son 12 ilin ən soyuq qışını yaşayır.
Milli.Az unikal.org-a istinadən bildirir ki, ölkədə 250 min insanı soyuq hava səbəbiylə işıqsız qalıb. Qar fırtınası paytaxt Afinada həyatı iflic edib. Soyuq havadan ölənlərin sayı 4-ə yüksəlib.
Bununla yanaşı, Yunan Meteorologiya Departamenti çovğunun həftənin sonuna qədər davam edəcəyini açıqlayıb.
Milli.Az