Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 486 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 266 948, ölənlərin sayı isə 3 390 nəfərə çatıb.
Virusa yoluxanlardan 259 727 nəfərin sağaldığı bildirilir.
Milli.Az