Ronaldinyonun anası koronavirusdan vəfat edib

21 Fevral 2021 19:13

"Barselona" və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Miquelina Dos Santos koronavirusdan vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tanınmış futbolçunun anası 71 yaşında dünyasını dəyişib. O, ötən ilin dekabr ayında koronavirusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, oktyabr ayında Ronaldinyonun özü koronavirusa yoluxmuşdu.

Milli.Az