Türkiyədə ağır yol qəzası oldu - 30 nəfər yaralandı, 3 nəfər öldü

17 Fevral 2021 11:09

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Şanlıurfanın Birecik ilçəsində yaşanıb. Belə ki, Şanlıurfa-Qaziantep magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Nəticədə 3 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirib. Qəza ilə bağlı araşdırmalar başladılıb.

Milli.Az