Ağstafada piyadanı avtomobil vurub

17 Fevral 2021 08:19

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Firuzə Sanıyeva yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az