Siciliyada Etna vulkanı püskürüb

16 Fevral 2021 23:48

İtaliyanın Siciliya muxtar vilayətində Etna vulkanının püskürməsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, cənub-şərq yamacındakı kraterdən püskürmə vulkanik kül və lava axını ilə müşayiət olunub.

Vulkanik aktivliyin artması ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən yerli vaxtla saat 16: 10-da qeydə alınıb.

Milli.Az