Tanınmış türkiyəli yazıçı evində ölü tapıldı

16 Fevral 2021 18:59

Tanınmış türkiyəli psixoloq və yazıçı Doğan Cüceoğlu vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun meyiti İstanbulun Beşiktaş səmtindəki evində aşkarlanıb.

Onun meyitini həyat yoldaşı aşkarlayıb. 

Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. Ölümə ilkin səbəb kimi Cüceoğlunun yıxılması göstərilir. Araşdırmalar davam etdirilir.

Milli.Az