Nazirlik 4,5 milyonluq iddia qaldırıb

16 Fevral 2021 17:03

Ötən il ətraf mühitə 4,5 milyon həddində ziyan dəyməsi ilə bağlı iddia qaldırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, həmin məbləğdən 3 milyon 100 mindən çoxunun ödənilməsi artıq təmin edilib:

"Çünki bəzən olur ki, iddialar qaldırılır, məhkəməyə göndərilir və ziyanın ödənilməsi baxımından müddət tələb edir".

Milli.Az