Avropa İttifaqının nümayəndəsi azərbaycanlı gənclərə səsləndi

16 Fevral 2021 16:37

Azərbaycanda peşə təhsili sisteminin modernləşdirilməsinə yönəlmiş və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin məqsədi gənclərə dəstək göstərməkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas onlayn tədbir zamanı deyib.

Onun sözlərinə görə, "Gələcək üçün peşə təhsili sistemi: peşə təhsili sistemi nümayəndələrinin öncül təcrübəsinin inkişafı" adlı layihə artıq Azərbaycanın bir neçə şəhərində başlayıb.

Azərbaycan gənclərini peşə təhsilini təkmilləşdirmək üçün bu layihəyə qoşulmağa çağıran K.Yankauskas bunu ölkənin gələcəyi üçün vacib layihə adlandırıb.

Milli.Az