ABŞ-da COVID-19-dan ölənlərin sayı 486 mini ötüb

16 Fevral 2021 19:10

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 52 685 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, son 24 saat ərzində koronavirusdan 985 ölüm halı baş verib.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə liderdir. ABŞ-da indiyədək 27,6 milyondan çox şəxs koronavirusa yoluxub, COVID-19 diaqnozu qoyulmuş 486 mindən çox xəstə ölüb.

Milli.Az