Ukraynada bu peyvəndin qeydiyyatına başlanıldı

16 Fevral 2021 19:21

İsveç- İngiltərə şirkəti "AstraZeneca"nın istehsal etdiyi peyvəndin Ukraynada qeydiyyat proseduruna başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın İctimai Səhiyyə Mərkəzinin Mətbuat Xidməti məlumat verib.

"Dünən, 15 fevral 2021-ci il tarixində Ukraynada "Oxford/AstraZeneca" peyvəndinin qeydiyyatı üçün Ukrayna Səhiyyə Nazirliyinin Dövlət Ekspert Mərkəzinə müraciət təqdim edilib",- deyə məlumatda qeyd olunub.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Oxford/AstraZeneca" peyvəndini təcili istifadə üçün təsdiqlədiyini açıqlamışdı.

Milli.Az