Olimpiya mükafatçısı narkotik alverinə görə həbs olundu

16 Fevral 2021 14:41

1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarının mükafatçısı Skott Miller həbs olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, Avstraliya yığmasının sabiq üzgüçüsü Sidneydə təşkil olunan narkotik alverçiləri ilə bağlı polis reydi zamanı saxlanılıb.

45 yaşlı idman veteranı metilamfetaminin kommersiya satışında ittiham olunur. Millerin evindən 2 milyon Avstraliya dolları (2 milyon 651 min 400 manat) məbləğində maddə aşkarlanıb.

Vaxtilə narkotik istifadəçisi olduğunu etiraf edən Skott 2014-cü ildə müalicə kursu keçib. Onun sabiq həyat yoldaşı həmin il intihar edib.

Qeyd edək ki, Skott Atlanta-1996-da batterflyay üsulu ilə üzməkdə gümüş, estafetdə bürünc medal qazanıb.

Milli.Az