Vilayət Eyvazovdan yeni TƏYİNAT

16 Fevral 2021 14:36

Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Siyəzən Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi, polis mayoru Məmmədşah Həsənəliyev Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

Milli.Az