“Space“in yeni rəhbəri məşhur aparıcının verilişini bağladı

16 Fevral 2021 11:16

"Space" TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev tanınmış aparıcı Mətanət Əliverdiyevanın verilişinin yayımını dayandırıb. 

Milli.Az bildirir ki, unikal.org-un məlumatına görə, onun aparıcılığını etdiyi "Hər səhər Mətanətlə" verilişi artıq iki gündür yayımlanmır.

Xatırladaq ki, Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl "Space" TV-nin rəhbəri vəzifəsindən azad edilib.

Milli.Az