Son 9 mövsümün ən pis "Yuventus"u

16 Fevral 2021 13:08

"Yuventus" A Seriyasında son 9 mövsümdəki ən pis nəticəsini göstərib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. Komanda son olaraq ölkə çempionatının 22-ci turunda "Napoli"yə 0:1 hesabı ilə uduzub. Bununla da, Turin təmsilçisi 21 oyundan 42 xal toplayıb. Bu isə 2011/2012-ci ildən bəri ən pis nəticədir. Andrea Pirlonun baş məşqçisi olduğu komanda 21 matçın 12-də qalib gəlib, 6-da heç-heçə edib və  3 dəfə uduzub.

Qeyd edək ki, "Yuventus" hazırda turnir cədvəlində 42 xalla 4-cüdür. Komanda lider "İnter"dən 8 xal geridə qalır.

Milli.Az