Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Konyanın Karapınar ilçəsində baş verib. Belə ki, avtobus uçuruma yuvarlanan yük maşınında olanlara kömək etmək üçün dayanan avtomobilləri arxadan vurub. Nəticədə həmin avtomobillər və avtobus da uçuruma yuvarlanıb.
Qəzada 5 nəfər həyatını itirib, 38 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam edir.
Milli.Az