Dünya çempionu vəfat etdi

16 Fevral 2021 11:07

Argentina millisinin sabiq futbolçusu Leopoldo Luke vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb.

Yığmanın sabiq hücumçusu 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Luke 1978-ci il dünya çempionatında qızıl medal qazanıb. O, yığmada 45 oyuna 22 qol vurub.

Milli.Az