Ayvazyan Moskvaya gedir

16 Fevral 2021 10:12

Ermənistan xarici işlər naziri Ara Ayvazyan fevralın 17-də Rusiyaya işgüzar səfər edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılıb.

Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə edəcəklər.

Milli.Az