ABŞ-da həyat dondu - 3 nəfər yıxılıb öldü, 5 milyon insan işıqsız qaldı - VİDEO - FOTO

16 Fevral 2021 10:20

Şaxtalı hava şəraiti ABŞ-da həyatı iflic edib.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, qar fırtınası səbəbindən 4 nəfər ölüb, 5 milyondan çox insan işıqsız qalıb. Su boruları partlayıb, iş yerləri bağlanıb.

Ölənlərdən biri 43 yaşlı Angel Johnson qarlı hava şəraiti səbəbindən avtomobilin sürüşməsi nəticəsində baş verən qəzada dünyasını dəyişib. Şaxtalı havanın növbəti qurbanları 50 və 70 yaşlı kişidir ki, onlar buzda sürüşərək yıxılıb ölüblər. Əlverişsiz hava şəraitinin azyaşlı qurbanı isə 10 yaşlı oğlandır. O, donmuş gölməçəyə düşərək boğulub ölüb.

Yaxın günlərdə havanın temperaturunun daha da aşağı düşə biləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda ABŞ-da havanın temperaturu mənfi 28 dərəcədir.

Bəxtiyar Umarlı
Milli.Az