"Bavariya" qarlı havada büdrədi - VİDEO

16 Fevral 2021 08:58

Almaniya Bundesliqasında 21-ci tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

Lider "Bavariya" doğma meydanda autsayderlər qrupunda yer alan "Arminiya" ilə üz-üzə gəlib. Qarlı hava şəraitində keçirilən görüşdə gözlənilməz nəticə qeydə alınıb - 3:3

15 fevral
 
"Bavariya" - "Arminiya" - 3:3
Qollar
: Levandovski, 48. Tolisso, 57. Deyvis, 70 - Vlap, 9. Piper, 37. Gebauer, 49.

Bu nəticədən sonra "Bavariya" 49 xalla 1-ci, "Arminiya" 18 xalla 16-cı pillədə qərarlaşıb.

Milli.Az