Azərbaycan tankçıları döyüş atışlarını icra ediblər - VİDEO

15 Fevral 2021 19:02

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyətinin döyüş mərmiləri ilə yoxlama atışları üzrə məşğələləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.

Milli.Az