Çalhanoğlu "Milan"ı tərk edə bilər

15 Fevral 2021 21:00

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi hazırkı klubu ilə müqaviləni yeniləməyi rədd edib.

Türkiyəli oyunçunun "Mançester Yunayted"ə keçəcəyi gözlənilir. Onun "Milan"la sözləşməsi 2021-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Çalhanoğlu bu mövsüm A seriyasında 19 matça çıxaraq, 1 qol vurub və 9 qolun ötürməsini verib.

Milli.Az