"Koronavirus cavan dayımoğlunu öldürdü" - Vasif Məhərrəmli

15 Fevral 2021 19:59

Əməkdar artist Vasif Məhərrənli uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" proqramında danışıb. O bildirib ki, koronovirus onun yaxınlarından da yan ötüşməyib:

"Pandemiyada çox yaxın qohumlarımdan dünyasını dəyişənlər oldu. Dayım oğlu, bibimoğlu vəfat etdi. Cavan, 47 yaşında dünyasını dəyişdi, virusdan getdi. Onun ölümü məni çox sarsıtdı. Ona görə də indi kənara çəkilmişəm".

Milli.Az