Türkiyənin Hatay bölgəsinin Reyhanlı mahalında mavi bülletenlə axtarılan İŞİD terrorçusu da daxil olmaqla 3 Yeni Zelandiya vətəndaşı tutulub.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Suriyadan ölkəmizə qanunsuz yolla girməyə çalışan 3 Yeni Zelandiya vətəndaşı Hatayın Reyhanlı mahalında sərhəd personalı tərəfindən tutuldu. 26 yaşlı S.A. adlı qadının mavi bülletenlə axtarışa verilən İŞİD terrorçusu olduğu müəyyən edilib", - açıqlamada deyilir.
Milli.Az