"Tesla" Hindistanda yeni zavod tikmək niyyətindədir

15 Fevral 2021 18:19

"Tesla" şirkəti elektromobil avtomobillər istehsal etmək üçün Hindistanda ilk fabrikini tikməyi planlaşdırır.

Milli.Az cebhe.info-a istinadən xəbər verir ki, bu barədə məlumatı "The Hindustan Times" agentliyi yayıb.

Məlumata görə, "Tesla" şirkəti Hindistanda çoxdan gözlənilən zavodu tikməyə hazırdır. Şirkətin ölkədəki ilk müəssisəsi 2021-ci ildə Cənubi Karnataka əyalətində fəaliyyətə başlaya bilər.

"Tesla" törəmə şirkəti "Tesla India Motor" and "Energy Private Limited"i yanvarın 8-də Karnatakanın paytaxtı Banqalordan qeydiyyatdan keçirib.

Şirkət Hindistanda yaranan elektromobil bazarından maksimum yararlanmağa ümid edir.

Milli.Az