İranla Rusiya Hind okeanında hərbi təlimlər keçirir

15 Fevral 2021 18:59

Bu gün İran və Rusiya donanmalarının Hind okeanının şimalında birgə hərbi dəniz təlimləri başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" agentliyi Rusiyanın Tehrandakı səfirliyinə istinadən məlumat verib.

"Təlimlər bu gün başlayıb. Bunu təsdiqləyirik",- deyə səfirliyin açıqlamasında qeyd olunub.

Daha əvvəl İran ordusunun mətbuat xidməti manevrlərin 16 fevralda başlayacağını bildirmişdi.

Qeyd edək ki, 2019-cu il dekabr ayının sonunda İran, Rusiya və Çin donanmaları Oman körfəzi və Hind okeanında ortaq hərbi dəniz təlimləri keçirmişdi.

Milli.Az