PSJ Çempionlar Liqasının 1/8 finalının "Barselona"ya qarşı ilk oyunu üçün iştirak ərizəsini yayımlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda zədələrini bərpa etməyə davam edən Neymar və Anxel Di Mariya yer almayıb. İspaniyaya gedən oyunçuların siyahısında zədəsini sağaldan yarımmüdafiəçi Marko Verratti də var.
Qapıçılar: Navas, Riko, Leteller
Müdafiəçilər: Florensi, Bekker, Kerer, Markinyos, Diallo, Kurzava, Kimpembe
Yarımmüdafiəçilər: Paredes, Verratti, Rafinya, Danilu, Errera, Draksler, Mişu
Hücumçular: Kin, Sarabiya, İkardi, Mbappe
Qeyd edək ki, "Barselona" - PSJ görüşü sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Milli.Az