Lukaku 300-ə çatdı

15 Fevral 2021 18:14

"İnter"in futbolçusu Romelu Lukaku üçün A seriyasının 22-ci turunda "Latsio" ilə matç (3:1) əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu görüşdə dubla imza atan belçikalı hücumçu karyerasında vurduğu qolların sayını 300-ə yüksəldib.

Qeyd edək ki, Lukaku 2019-cu ilin yayından "İnter"də oynayır. 27 yaşlı hücumçu Milan klubunda 80 oyun keçirib və 56 qol vurub.

Milli.Az