Əfqanıstanda polis məntəqəsinə hücum: 4 ölü, 2 yaralı

15 Fevral 2021 16:20

Əfqanıstanın cənub-şərqindəki Zəbul vilayətində "Taliban" silahlıları tərəfindən polis məntəqəsinə olunan hücum nəticəsində 4 polis əməkdaşı həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Zəbul vilayətinin polis rəisi Hikmətullah Koçi açıqlama verib. O qeyd edib ki, hücum nəticəsində təhlükəsizlik əməkdaşlarının 4 üzvü öldürülüb, 2-si isə yaralanıb. Hücumu həyata keçirən silahlıların bir çoxu zərərsizləşdirilib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam etdirilir.

"Taliban" silahlı hücumla bağlı hələ ki, açıqlama verməyib.

Milli.Az