"Space" TV-yə yeni rəhbər Rəşid Behbudovun kürəkəni təyin edildi

15 Fevral 2021 11:57

Kamil Şahverdiyev "Space" TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, Rəşid Behbudovun kürəkəni, eləcə də əfsanəvi müğənninin adını daşıyan Fondun direktorudur.

Xatırladaq ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl "Space" TV-nin rəhbəri vəzifəsindən azad edilib.

Milli.Az bildirir ki, K. Şahverdiyev uzun illərdir, "Space" TV-də çalışır. O, Rəşid Behbudovun kürəkəni və mərhum müğənninin adına fəaliyyət göstərən fondun rəhbəridir.

Milli.Az