Messi üçün Mbappeni satmalıdırlar

15 Fevral 2021 15:19

PSJ yayda "Barselona"nın kapitanı Lionel Messini heyətinə qatmaq üçün oyunçusu Kilian Mbappeni satmaq məcburiyyətində qalacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə L'Equipe nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçunun illik maaşı 40 milyon avrodan çox maaş alacaq. Lazımi şərtləri təmin etmək üçün PSJ-nin aparıcı oyunçularından biri ilə yolları ayırması lazımdır.

Xəbərdə Paris klubunun futbolçusu Neymarın  Messini PSJ-yə keçməsinə inandırmaq üçün onuna tez-tez əlaqə saxladığı da qeyd olunub.

Xatırladaq ki, Messinin "Barselona" ilə müqaviləsi bu yay başa çatır.

Milli.Az