Teymur Rəcəbov son turnirdən nə qədər qazandı?

15 Fevral 2021 10:17

Teymur Rəcəbovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan 3-cü mərhələsindəki qazancı bəlli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 3-cü yeri tutan qrossmeysterimiz 8 min 500 ABŞ dolları əldə edib.
 
Yarışın qalibi ABŞ təmsilçisi Uesli So 30 min dollar, ikinci yeri tutan norveçli Maqnus Karlsen isə öz turnirindən 15 min dollar əldə edib.

Milli.Az