Torpaq sürüşməsi nəticəsində 20 nəfər itkin düşdü

15 Fevral 2021 14:52

İndoneziyanın Cava əyalətində şiddətli yağışlardan sonra meydana gələn torpaq sürüşməsi zamanı 14 nəfər yaralanıb, 20 nəfər isə itkin düşüb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə İndoneziya Təbii Fəlakətə Nəzarət Agentliyi məlumat yayıb.

Məlumata görə, ərazidə axtarış-xilasetmə tədbirləri görülür. Təbii fəlakətdən zərərçəkən şəxslər evakuasiya edilir.

Milli.Az