Azərbaycanda mehmanxana xidmətlərinin qiymətləri düşür

27 Aprel 2010 13:53
Bunu "Turizm və Səyahət" IX Azərbaycan Beynəlxalq Sərgisinə həsr olunmuş mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin turizm sektorunun rəhbəri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, ötən il ölkənin cənub regionundakı otellərdə qiymətlər 25-30 faiz enib: "Şimal regionunda, ən iri "Atlant" otelində 2009-cu ildə bir günü 50-60 manata dincəlmək olardı".

Onun sözlərinə görə, ölkənin mehmanxana obyektlərində qiymətlərin enməsi əsasən belə obyektlərin sayının artması, həmçinin bazarda rəqabətlə bağlıdır. Əgər 2003-cü ildə ölkədə 96 mehmanxana və mehmanxanatipli obyekt fəaliyyət göstərirdisə, hazırda onların sayı 452-yə çatıb və bu, təxminən üçqat artım deməkdir. Hər il ölkədə 25-30 otel tikilir.

Aydın İsmiyev hesab edir ki, ölkədə mehmanxanaların və mehmanxanatipli obyektlərin sayının artması ilə xidmətin dəyəri tədricən öz real qiymətinə çatacaq.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da 2010-2014-cü illərdə respublikada turizmin inkişafı üzrə Dövlət Proqramını təsdiqləyib.

/Trend/