Bu gündən bağçaların fəaliyyəti bərpa olunur

15 Fevral 2021 00:07

Bu gündən məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları fəaliyyətini davam etdirir.

Milli.Az bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

V.Yaqublu qeyd edib: "Bağçalarda tədris hər gün olacaq, Bakıda, Sumqayıt, Abşeron və digər regionlarda uşaqlar hər gün bağçaya gedəcəklər".

Milli.Az