İgidliyin ən yüksək dərəcəsi nədir?

21 Fevral 2021 20:45

İmam Sadiq (ə) buyurur: "Üç insan üç yerdə tanınar: səbirli - qəzəb zamanı, şücaətli - müharibə zamanı, qardaş - ehtiyaclılıq zamanı".

İmam Əli (ə) buyurur: "Şücaət - hazır izzətdir, qorxu - aşkar zillətdir".

İmam Həsən Əsgəri (ə) buyurur: "Şücaətin ölçüsü vardır ki, əgər ondan yuxarı qalxarsa, dəliqanlıqdır".

İmam Əli (ə) buyurur: "Şücaət - izzətin yarısıdır".

İmam Əli (ə) buyurur: "Gücsüzlük - bəladır, səbir - şücaətdir, zahidlik - sərvətdir, təqva - qalxandır, ən yaxşı yoldaş - razılıqdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Biz Əhli-Beytə (ə) yeddi şey əta olunmuşdur ki, bizdən əvvəl və sonrakılara əta olunmamışdır və əta olmayacaqdır: nuranilik, fəsahət, səxavət, şücaət, elm, əməl və qadınlara sevgi".

İmam Əli (ə) buyurur: "Qeyrət - şücaətin meyvəsidir".

Həzrət Peyğəmbər (s) buyurur: "İgidliyin kamalı odur ki, kimsə qəzəblənsin və qəzəbi şiddətlənsin və siması qızarsın, tükləri titrəsin - ancaq qəzəbinə hakim olsun".

Milli.Az