Yeni pandemiya olmayacaq

21 Fevral 2021 22:40

Koronavirus mutasiyaları yeni pandemiyaya səbəb olmayacaq, lakin sayıqlıq qorunmalıdır. Bu fikri Dünya Səhiyyə Təşkilatının (ÜST) Regional Ofisinin direktoru Hans Kluqe İspaniyanın "El Pais" qəzetinə verdiyi müsahibədə söyləyıb.

Yeni pandemiya olmayacaq Kluqe koronavirusda yeni mutasiyaların ortaya çıxmasının, virusun aradan getmədiyini göstərdiyini bildirib. Bununla belə, mutasiyaların yeni daşıyıcısı - insanlara uyğunlaşmağa çalışan virusların təbii təkamülü olduğunu qeyd edib. "Bu, yeni pandemiyanın başlanğıcı deyil, amma əlbəttə ki, çox sayıq olmalıyıq", - deyə Kluqe bildirib. ÜST Avropa ofisinin rəhbəri qeyd edib ki, mutasiyalar artıq KOVID-19 olanlarda yenidən infeksiyaya səbəb ola bilər. Bundan əlavə, virusun daha yoluxucu növlərinin sürətlə yayıldığı səbəbindən səhhiyyə sistemlərinə ağır yük düşür

Milli.Az