İmmuniteti gücləndirməyin sadə yolları

21 Fevral 2021 21:40

Orqanizmə dəstək olmağın yaxşı yolu mümkün qədər çox açıq havada vaxt keçirtməkdir. İmmun sistemini gücləndirməyin ən yaxşı yolu sağlam həyat tərzi yaşamaq, düzgün qidalanmaq və kifayət qədər mikroelementlər və vitaminlər istehlak etməkdir.

İmmuniteti gücləndirməyin sadə yolları bu barədə terapevt Lyudmila Lapa danışıb. Sağlam həyat tərzi sağlam immunitet deməkdir. İnsanın özünü yaxşı hiss etmək və xəstələnməmək üçün 8 saatlıq yuxu, 8 saatlıq iş və 8 saatlıq istirahət ən vacib şərtlərdir. Ən əsası tarazlığı qorumaq, daha çox tərəvəzlə qıdalanmaq, şəkərdən və undan az istifadə etmək lazımdır. Kəpəkli çörək yemək daha yaxşı olar və şəkərin az olmasına diqqət etmək lazımdır. Vitamin çatışmazlığı dövründə mikroelementlər və vitaminləri qayda olaraq qəbul etmək tövsiyə olunur. Bundan əvvəl qan analizindən istifadə edərək, bədənin hansı elementlərinin çatmadığı öyrənilməlidir. Həkim yaxşı immunitet üçün açıq havada gəzməyi tövsiyə edir. Terapevtin dediyinə görə, gündə üç dəfə 30 dəqiqə çöldə gəzmək lazımdır.

Milli.Az