Yer orbiti kosmik tullantılardan necə təmizlənə bilər?

21 Fevral 2021 22:20

Yer üzünə yaxın orbitdəki kosmik zibilin ən təhlükəli obyektlərinin siyahısı beynəlxalq elmi heyyət tərəfindən Samara Milli Tədqiqat Universitetinin professorunun iştirakı ilə təqdim edilib. Nəşr müəllifləri bildirir ki, kosmik tullantıların araşdırıldıqdan sonra təmizlənməsi, kosmosun tətqiqində əsas işlərdən biridir və yaxın illərdə həyata keçirilməsi gözlənilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu gün istifadə olunan kosmik texnologiyanın elementləri ya atmosferdə yandırılır, ya da təhlükəsiz saxlanılma orbitlərinə aparılır. Bununla yanaşı, alimlərin dediyinə görə, saniyədə 15 km-ə qədər sürətlə hərəkət edən təxminən 25 min böyük obyekt və milyonlarla kiçik hissəcik var. Bu cür obyektlərin bir-biri ilə və fəaliyyətdə olan peyklərlə toqquşması böyük problemlərin yaranmasına səbəb olur. Mütəxəssislərin fikrincə, həddindən artıq kosmik zibil, internetin, habelə naviqasiya, iqlim, coğrafi və digər peyk sistemlərini təhdid edən yeni qlobal problemə çevrilib.

Rusiya, ABŞ, Çin, Yaponiya, Almaniya, İtaliya və Fransadan olan 19 mütəxəssis, tədqiqat apararaq, problemi həll etmək üçün çalışır.

Milli.Az