Bir molekulla yaddaşı yaxşılaşdırmaq mümkün oldu

21 Fevral 2021 19:15

İspaniyanın Kadis və Sevilya Universitetlərinin alimləri mühüm kəşf etdilər. Mütəxəssislər yaddaşı inkişaf etdirə biləcək molekul ixtira etdilər. Söhbət neyronları bərpa etməklə yanaşı, idrak qabiliyyətləri ilə yaddaşı yaxşılaşdıran, tərkibində xüsusi maddə olan Maloçay bitki növündən gedir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu birləşmə hipokampusta yeni neyronların meydana gəlməsini təşviq edən protein-kinas C-ni aktivləşdirir. Beynin bu hissəsində duyğuların meydana gəlməsi və yaddaşın formalaşması daxil olmaqla, müxtəlif vacib proseslər baş verir. Siçanlar üzərində aparılan təcrübələr, bu molekulun effektivliyini göstərdi. Növbəti sınaqlar insanlar üzərində planlaşdırılır. Gələcəkdə maddənin beyin zədəsi alan xəstələrin müalicəsində faydalı olacağı gözlənilir.

Milli.Az