İmmuniteti gücləndirməyin ən sadə yolları

21 Fevral 2021 19:10

İmmun sistemini gücləndirməyin ən optimal yolu sağlam həyat tərzindən, düzgün qidalanmadan, kifayət qədər mikroelementlər və vitaminlər qəbul etməkdən keçir. Təbii ki, orqanizmin bu vitamilərə təlabatını da diqqətə almaq önəmlidir.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə terapevt Lyudmila Lapa "Life.ru"ya verdiyi müsahibədə danışıb.

"Sağlam həyat tərzi sağlam immunitet deməkdir. 8 saatlıq yuxu, 8 saatlıq iş, hər gün həddən artıq çalışmamaq və 8 saatlıq istirahət xəstələnməmək üçün ən vacib şərtlərdir. Ən əsası tarazlığı qorumağa, daha çox tərəvəz, daha az şəkər və un qəbul etməyə çalışın. Kəpəkli çörək daha yaxşıdır.

Vitamin çatışmazlığı dövründə mineral və vitaminlər qəbul etmək tövsiyə olunur. Bundan əvvəl qan testi verib sizdə hansı vitamin çatışmazlığının olduğunu öyrənin. Burnunuz axırsa, boğaz ağrısı və ya infeksiya əlamətləri varsa, dərhal həkimə müraciət edin. Güclü immunitet üçün açıq havada gəzin. Gündə üç dəfə 30 dəqiqəlik gəzinti kifayətdir", - həkim qeyd edib.

Milli.Az