Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib

14 Fevral 2021 19:15

Xaçmaz rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az