“2038-ci ildə baş verəcək hadisələr burada yazılıb” - Gələcəkdən xəbər verən kitablar haqqında MARAQLI FAKTLAR - FOTO

14 Fevral 2021 18:38

Keçmişdə yazılan kitabın səhifələrinin gələcəkdə bir-bir canlandığını təsəvvür edin.

Bu günə qədər milyonlarla kitab nəşr olunub. Ancaq haqqında danışacağımız kitablar gələcəyə işıq tutur. Birlikdə düşünülmüş və maraq doğuran kəhanət kitablarına nəzər salaq.

Hansı müəlliflər təəccüblü oxşarlıqları ilə tarixə damğasını vurub və hansı hadisələri proqnozlaşdırıb?

Milli.Az musavat.com-a istinadən bu əsrarəngiz kitabların müəllifləri ilə sizləri tanış edir.

Futility, Or The Wreck Of The Titan - Morqan Robertson

Nahaq yerə, Titanın qəzası (Futility, or the Wreck of the Titan) 1898-ci ildə qısa hekayələr və romanlar müəllifi amerikan yazıçı Morqan Robertson tərəfindən yazılıb. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi 14 il sonra yəni, 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.

Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından
dünyasını dəyişir.

Earth - David Brin

2038-ci ildə dünyadakı insanların təbiətə məhəl qoymadan ətraf mühitə vurduğu zərərin geri dönməz problemlərə yol açacağı qeyd olunur. Kitabda çox sayda obraz var. Kitabın müəllifi qlobal istiləşmə, nəsli kəsilməkdə olan növlər və bir sıra ətraf mühit məsələləri üzərində işləmək üçün personajlardan istifadə edib. Kitabın əsas məqamı dünyanı yoxa çıxmadan xilas etmək üçün bir yol tapmaqdır. Xüsusilə, son bir neçə ildə qlobal istiləşmənin artması ilə yaşanan vəziyyəti ümumiləşdirsək bu kitabda yazılanların 2038-ci ildə baş verə biləcəyinin doğru olduğunu saya bilərik

.

The World Set Free - H.G. Wells

H.G. Wells bu romanda atom enerjisi istehsalı probleminin 1933-cü ildə həll ediləcəyini proqnozlaşdırıb və həmin il Leo Szilard nüvə zəncirvari reaksiyası fikri ilə çıxış edib. "The World Set Free"nin təsəvvür etdiyi yeganə gerçəklik bu deyildi: Wells radioaktiv elementlərin illərlə döyüş sahəsini radioaktiv edən atom bombalarında necə istifadə edilə biləcəyini də izah edib. Qəribə tərəfi kitabın İkinci dünya müharibəsindən xeyli əvvəl, 1914-cü ildə yazılmasıdır.

Gullivers Travels - Jonathan Swift"Gullivers Travels" İrlandiyalı yazıçı Jonathan Swiftin 1726-cı ildə tamamladığı romandır. Swift bu romanda həm insan təbiətini, həm də səyahət yazılarını acı bir dillə təsvir edib. Qulliverin səyahətləri müəllifin ən məşhur əsəri kimi tanınır. İngilis ədəbiyyatının klassiklərindəndir. Kitabda dörd ayrı səyahətdən ibarət dörd fərqli fəsildən bəhs olunur. İş, hüquq və rəhbərlik başda olmaqla bir çox dəyərləri soruşur və işləyir. Kitabın gələcəyi proqnozlaşdıran hissəsinə gəlsək, "Gullivers Travels"da Marsın 2 ayı olduğu yazılır. Kitabın nəşrindən düz 151 il sonra elm adamları Marsın həqiqətən iki ayı olduğunu aşkar ediblər. Bunlar Fobos və Deymosdur.

Round The Moon - Jules Verne

Jules Verne ABŞ-dan Aya gedən üç nəfərin hekayəsini yazıb. Verne möhürünü daşıyan "Aya səyahət" adlı roman ilk dəfə 1865-ci ildə nəşr olunub. Mövzu Amerikadakı vətəndaş müharibəsindən sonra işsiz qalan bəzi işçilərin Aya çatacaq bir mərmi düzəltməyə çalışması idi. Bu ixtira fikri bütün dünyada böyük təsir gücünə sahib oldu və hətta könüllü olaraq Aya getmək istəyənlər də oldu. Əsərdə aya səyahət fikri üzərində dayanılır. Romandan təxminən 100 il sonra Apollon 1969-cu ildə Aya səyahət edib. Beləliklə Jules Vernenin 100 il əvvəl xəyal etdiyi hadisə gerçək olub.

Fahrenheit 451 - Ray Bradbury"Fahrenheit 451" 1953-cü ildə Ray Bradberi tərəfindən nəşr edilib. Bu distopiya əsərində insanların yanğınsöndürənlər tərəfindən kitabların yandırıldığı bir dünyada yaşadığından bəhs olunur. Bradberinin yaratdığı və romanda adı çəkilən kiçik bir texnoloji alət illər sonra icad edilib.

Romanda bəhsi keçən müsiqi dinləmək üçün olan qulaqlıqlar artıq günümüzün bir parçasıdır. Hətta musiqi dinləməklə yanaşı bir ünsiyyət vasitəsinə də çevrildiyini söyləyə bilərik.

Stand on Zanzibar - John Brunner

John Brunner tərəfindən yazılan "Stand on Zanzibar" romanı ilk dəfə 1969-cu ildə rəflərdə görünüb. Kitab ABŞ-ın qəsəbələrindəki hücumlar dövrünü təsvir etdiyi üçün qorxunc bir məzmuna sahibdir. Brunner ABŞ-dakı son hərəkətlər və hücumlar haqqında proqnoz verib. Zehnində sürreal bir dünya yaradan müəllifin yazıları zaman keçdikcə həqiqi bir çərçivə qazanıb. Bundan əlavə romanda bugünkü texnologiyada mövcud olan bəzi ixtiralardan da bəhs olunur.

The Narrative Of Arthur Gordon Pym Of Nantucket - Edgar Allan Poe

"The Narrative Of Arthur Gordon Pym Of Nantucket" hekayəsi 1838-ci ildə Edqar Alan Poe tərəfindən yazılıb. Kitab fırtına nəticəsində dənizçilərin gəmilərinin okeanda batmasından və sonrakı hadisələrdən bəhs edir. Gəmi batır və qalan bir neçə dənizçi, gəminin kiçik bir hissəsində yaşamaq üçün mübarizə apararaq aralarında çətin bir qərar verirlər. Əsl problem elə buradan başlayır. Hər kəs zibil qutusundan bir şey götürür. Kim zibil qutusundan ən kiçik bir parça götürərsə digər yoldaşlarının onu yeməsinə icazə verir. Edqarın təxəyyülü həqiqətən heyrətləndiricidir. Kəhanətin gerçək tərəfinə gələk. Təxminən 50 il sonra üzdükləri "Mignonet" gəmisində fırtınada batan bir dənizçi, dostları tərəfindən yemək olaraq seçilib.

Milli.Az