Gürcüstanda müvəqqəti yaşayış icazəsinin müddəti 12 ilədək artırılır

14 Fevral 2021 15:48

Gürcüstanda müvəqqəti yaşayış icazəsinin müddəti 6 ildən 12 ilədək artırılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan parlamentinin İnsan Haqları Komitəsinin sədri Mixeil Sarcveladze bildirib.

Onun sözlərinə görə müvafiq qanunvericiliyə dəyişiklik sabah parlamentin büro iclasına təqdim ediləcək.

Milli.Az