Əfsanəvi musiqiçi vəfat etdi

14 Fevral 2021 14:36

Əfsanəvi amerikalı caz pianoçusu və bəstəkar Çik Koria vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə musiqiçinin feysbuk səhifəsində məlumat verilib.

Xərçəngin nadir növündən əziyyət çəkən sənətçi 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1966-cı ildən karyerasına başlayan Çik Koria 23 "Qremmi" mükafatına layiq görülüb.

Milli.Az